L.Stroll: Təkər niyə partladı bilmirəm

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, təkərinin nəyə görə partladığını hələ də anlamır.

F-1.az xatırladır ki, kanadalı sürücü yarışa C3 tərkiblərlə başlayıb və 30-cu dövrəyə qədər pitə gəlməyərək, 4-cü yerə qədər yüksəlib. Amma 30-cu dövrədə gənc sürücünün bolidinin arxa təkəri partlayıb və mübarizəni dayandırmalı olub.

Ləns Stroll: “Bilmirəm. Nəbaş verdiyini bilmirəm. Arxa tərəfi birdən itirdim. Bunun necə baş verdiyini araşdırırıq. Çox məyusuq, çünki vəziyyətimiz yaxşı idi. Hamını keçə bilmişdik. Yaxşı nəticəyə doğru gedirdik. Çox məyusam. Daha gec pit-stopa gedərək, rəqiblərimizi qabaqlaya bilərdik. Hard təkərlə başlamaq doğru qərar idi. Yarış bizim üçün yaxşı gedirdi. Sebastyanın podiuma yüksəlməsinə görə sevinirəm. Bütün komandanı təbrik edirəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*