L.Həmilton: Fərqli strategiya seçməli idik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferstappeni ancaq erkən pit-stopla məğlub edə bilərdilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Bəhreyn yarışının startında Ferstappeni keçə bilməyib. Buna görə də pitə erkən gələrək Medium təkərlərdən Hard təkərlərə keçib. Beləliklə, ilk pitlərdən sonra önə keçən Həmilton ikinci pitlərdən sonra da öndə qalıb. Lakin yarışın sonlarında hollandiyalı sürücü Həmiltona çataraq ona hücumlar edib, amma rəqibini trası kəsərək keçdiyi üçün yenidən yerini qaytarmalı olub. Qalan iki dövrədə 23 yaşlı Ferstappeni gerisində saxlayan yeddiqat Dünya Çempionu mövsümün ilk yarışını qazanıb.

Lyuis Həmilton: “Çətin yarış idi. Erkən pit-stopdan sonra çətin olacağını bilirdik. Lakin qalib gəlmək üçün bunu etməli idik. Onlar həftəsonu ərzində əla performans göstərdilər. Buna görə də fərqli strategiya seçməli idik.

Yarışın sonunda Maks mənə çatdı və onu arxamda onu tuta bildim. Son dövrlərdəki ən çətin yarışım idi və buna görə minnətdaram. Komandadakı bütün işçilərə təşəkkür edirəm.

Testlərdən sonra 0.6-0.8 saniyə geridə olduğumuzu düşünürdük. Buna görə də yaxşı həftəsonu keçirdik. Hamı çox həvəsli idi və buna görə qürurluyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*