L.Furbatto: “Hər şey daha da pis olacaq”

Formula1 konstruktoru Luka Furbatto bildirib ki, yeni qaydaların Formula1-ə heç bir xeyiri dəyməyəcək.

F-1.az xatırladır ki, 2017-ci ildən başlayaraq, təkərlər daha enli və daha dözümlü olacaq. Belə olan halda sürücülər bolidi maksimum həddə idarə edə biləcəklər, amma təkərlər gec yeyildiyinə görə ötmələrin sayında azalma olacaq. Aerodinamik cəhətdən çoxlu dəyişikliklər olacağı üçün asfaltayatma qüvvəsi artacaq və buna görə də döngə sürətləri çoxalacaq. Amma Pirelli təkərləri bu halda ötmələrin azalmasına səbəb olacaq.

İtaliyalı jurnalist Leo Turiniyə müsahibə verən sabiq Manor, Toro Rosso və McLaren-in konstruktoru Luka Furbatto bildirib ki, yeni qaydalar Formula1 üçün yaxşı olmayacaq: “Xüsusən də, Mercedes və Red Bull daha az resursu olan rəqiblərinə nisbətən yaxşı şassi düzəldəcəklər. Yüksək asfaltayatma qüvvəsinə görə komandalar arasındakı fərq, əksinə, artacaq. Bu, Formula1 üçün yaxşı olmayacaq. Əksinə, lap pis olacaq.

Builki bolidlərlə dövrənin böyük hissəsini tam sürətlə keçəcəksiniz. Bu da güclü komandalara üstünlük qazandıracaq.

Mercedes və Red Bull qələbə uğrunda mübarizə aparacaqlar. Red Bull Ədrian Nyuinin hesabına həmişə mükəmməl şassilər düzəldib. Amma ən yaxşı mühərrik Mercedes-dədir. Buna görə də Meredes-in gücü balanslı olacaq. Lakin bəzi sürprizlər də görə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*