K.Rəykkönen sükan arxasına qayıdıb (video)

Dünya çempionatını tərk etdikdən sonra Kimi Rəykkönen birinci dəfə Formula1 maşınının sükanı arxasına qayıdıb: Lotus komandası onun üçün 2010-cu ilin […]

Dünya çempionatını tərk etdikdən sonra Kimi Rəykkönen birinci dəfə Formula1 maşınının sükanı arxasına qayıdıb: Lotus komandası onun üçün 2010-cu ilin maşını olan Renault R30-un sükanı araxsında ikigünlük şəxsi testlər təşkil edib…

2007-ci ilin dünya çempionu Valensiyanın Rikardo Tormo adına avtodromuna yerli vaxtla 8:30-da gəlib və yarım saatdan sonra maşınla ilk tanışlıq dövrəsini vurub – maşına Pirelli-nin nümayiş təkərləri taxılıb.

Kimi Rəykkönen: “İnanmıram ki, mən sürətimi itirmişəm. Əlbəttə, yeni təkərlərə öyrəşmək ən çətin iş olacaq, amma əslində mən çox rahatam.”

Komanda yeni maşının testlərinə fevralın 7-də Xeresdə başlayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*