Kollet Van Amersfoort Racing-ə keçib

Braziliyalı Kayo Kollet karyerasını 2023-cü ildə Formula3-də davam etdirəcək. MP Motorsport-da iki mövsüm keçirdikdən sonra 20 yaşlı sürücü Van Amersfoort Racing-ə keçib.

F-1.az xəbər verir ki, keçən il Kayo Formula3-də iki qələbə qazanaraq fərdi sıralamada səkkizinci yeri tutmuşdu.

Kayo Kollet: “Maraqlı vaxtlar yetişməkdədir və mən Van Amersfoort Racing-lə işləməyə başlamaq üçün çox motivasiyalıyam. Formula3-də ilk ilində komanda böyük potensiala malik olduğunu hər kəsə sübut etdi, ona görə də mən yeni mövsümü inamla gözləyirəm.

Qış tətilimdən yaxşı istifadə etdim və özümü əvvəlkindən daha yaxşı hazırladığımı hiss edirəm. Qarşıma yüksək məqsədlər qoyuram və komanda da mənim kimi bu il maksimuma çatmağı hədəfləyir. Gəlin başlayaq!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*