Kiminin əvəzinə gənc sürücü gələcək?

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör növbəti mövsüm Covinatsinin yanına gənc sürücü gətirmək istəyir.

F-1.az xatırladır ki, Kimi Rəykkönenin oktyabrda 42 yaşı tamam olacaq. Bundan başqa Dünya Çempionunun müqaviləsi ilin sonunda başa çatacaq.

Frederik Vassyör: “Covinatsinin yanına gənc sürücü gətirə bilərik. Antonionun geri bildirimləri yaxşıdır. Əvvəllər Kimi Rəykköneni meyar kimi görürdü və bu ona problem yaradırdı. Amma hazırda özünə fokuslanıb. Son 1 ildə işə yanaşmasını dəyişdirdi. Bu, asan iş deyil, çünki istənilən sürücünün meyarı komanda yoldaşıdır. Lakin hazırda öz rolunu bilir və bu, bizim üçün vacibdir.

Gələnilki heyətimiz barədə danışmaq hələ tezdir. Covi əla yarışır, amma növbədə 19 yarış var. Görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*