13 Dekabr 2018, Cümə axşamı - 03:26

K.Rəykkönen: “Birlikdə titullar qazandıq”

K.Rəykkönen: “Birlikdə titullar qazandıq”

Müəllif: Rauf Hacıyev, redaktor

12:23 - 27 Noyabr, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen gözəl xatirələrə görə İtaliya komandasına təşəkkür edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Əbu Dabidə “qırmızılar”la son yarışa çıxıb və mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırıb.

Kimi Rəykkönen: “Bir az məyus oldum. Son yarışın belə bitməsini istəməzdik. Yaxşı iş görmək istədik və bunun üçün bolidimizin gücü var idi. Heyif ki, elektrik problemi oldu və güc itirdim. Daha sonra isə hər şey söndü. Ancaq hər yarışda belə hallar ola bilər. Mövsüm yaxşı keçsə də, 4 dəfə mübarizəni vaxtından əvvəl dayandırdım. Bu isə planlarımızda yox idi. Məni həmişə dəstəkləyən Ferrari fanlarına təşəkkür edirəm. Bir yerdə pis-yaxşı günlərimiz oldu. Daha yaxşı işlər görmək istəyərdik, amma bu da idmanın bir hissəsidir. Birlikdə həm Sürücülər, həm də Mühəndislər Kubokunu qazandıq və bu, çox gözəl xatirədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 207
Teqlər
Paylaş

logo