K.Horner Nyu Yorkda yarış istəyir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Nyu Yorkda yarış istəyir.

F-1.az xatırladır ki, Amerikada bu il 3 yarış olacaq, amma Formula1 rəhbərliyi ABŞ-da daha çox yarış istəyir. Bunlardan biri də Nyu Yorkdur. Ancaq o şəhərdə hələ də uyğun şərait formalaşmayıb.

Kristian Horner: “Yarışlardan biri Dünyanın vacib şəhərlərindən olan Nyu Yorkda keçirilsə, yaxşı olar. Nyu York dünyanın ən vacib şəhərlərindən biridir. Bütün komandalar üçün xüsusi yarış olacaq.

Hazırda mümkünsüz görünsə də, gələcəkdə necə olar bilmirik. Bir müddət əvvəl Monreal yarışı üçün də söz-söhbətlər var idi. Amma indi hər şey yaxşıdır. ABŞ-da Formula1-ə olan maraq artır və bu yaxşıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*