19 Avqust 2019, Bazar ertəsi - 00:20

H.Marko: “Komanda əmri olmayacaq”

H.Marko: “Komanda əmri olmayacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

10:29 - 23 Yanvar, 2017

2017-ci il mövsümündən əvvəl keçirilən toplantıda Red Bull sürücülərinə yeni mövsümdə komanda əmri olmayacağı ilə bağlı təminat verilib…

F-1.az xatırladır ki, yeni mövsümdə reqlament dəyişildiyi üçün Red Bull ən böyük favoritlərdən sayılır. Avstriyalılar da çoxlu qələbələr alaraq, çempionluq uğrunda mübarizə aparmaq istəyirlər.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, çempion olmaq üçün hər şey edəcəklər: “Yeni mövsümə müəmmalarla başlayacağıq. Amma bu bizim yarışlara olan yanaşmamızı dəyişdirməyəcək. Red Bull olaraq sürücülərimizin trasda bərabər şəraitdə yarışmalarını və komanda əmri olmadan bir-birini keçmələrini istəyirik. Digər halda bizi izləməyə gələn azarkeşlərə və sürücülərimizə hörmətsizlik etmiş olarıq. Hamı ən yaxşı nəticə üçün yarışdığı vaxtda sürücülərimizə komanda əmri versək, idmana zərər vurmuş olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 169
Teqlər ,
Paylaş

logo