GM F1-də iştirak üçün müraicət etmək niyyətini təsdiqləyib

Bir neçə həftə əvvəl Andretti Motorsport və Cadillac şirkəti F1-ə birlikdə daxil olmaq üçün ittifaq yaratmışdılar.

F-1.az xəbər verir ki,General Motors konserni F1-ə giriş üçün müraciət etmək niyyətində olduqlarını və artıq bu məsələ ilə bağlı işə başladıqlarını təsdiqləyib. Şirkətin nümayəndəsi bildirib: “Biz proqram üzərində çox işləyirik. Əminik ki, bizim yanaşmamız Formula 1-ə qlobal marağı artıracaq.

FIA Formula 1 iştirakçılarının sayını artırmaq üçün yerinə yetirilməli olan meyarların müəyyən edilməsində şəffaf və ədalətli yanaşma nümayiş etdirir. Biz ərizəmiz üzərində işləyirik”.