F.Massa azarkeşlərin suallarını cavablandırıb (video)

Ferrari komandasının braziliyalı sürücüsü Felipe Massa dünən ənənəvi Wroom qış festivalından Maranelloya qayıdıb – Felipe mühəndislərlə görüşüb və yeni maşın […]

Ferrari komandasının braziliyalı sürücüsü Felipe Massa dünən ənənəvi Wroom qış festivalından Maranelloya qayıdıb – Felipe mühəndislərlə görüşüb və yeni maşın barədə təzə məlumatlar toplayıb. Bu gün nahardan sonra isə komandanın mətbuat xidmətinin təşkil etdiyi canlı videoçatda azarkeşlərin suallarını cavablandırıb.

Ferrari azarkeşlərinin sevimli komandası üçün nə edə bilərlər sualına Felipe cavab verib ki, onlar komanda üçün artıq çox şey ediblər və əlavə heç nəyə ehtiyac yoxdur.

Keçənilki mövsümün ilk yarısı barədə Felipe bildirib ki, həmin uğursuz dövrü artıq unudub, ona daim inanan komandanın və ailəsinin dəstəyi sayəsində başa düşüb ki, həyatın qara zolağı hamıda olur, amma əsas təslim olmamaqdır. Braziliyalı sürücü karyerasınd aheç nəyi dəyişmək istəmir, çünki bir çox yarışlarda qalib gəlib, hərçənd, dünya çempionu ola bilməyib və nadir təcrübə toplayıb.

Massa əlavə edib ki, “fevral testləri barədə indidən proqnoz söyləmək mümkün deyil, əlbəttə, testlər vacibdirlər, amma bizim başlıca məqsədimiz mövsümün birinci yarışına hazırlaşmaqdır, çünki Formula1-də hər şey tez dəyişə bilər.”

Sosial şəbəkələrə münasibət məsələsinə gəlincə, Felipe bildirib ki, bu yolla insanlara, azarkeşlərə özü haqqında danışır və bu zaman şəxsi həyatına müdaxilə olmur.

Felipe karyerasını baaş vurduqdan sonra nə ilə məşğul olacağını söyləyə bilməyib, amma vəd edib ki, bu barədə karyerasını başa vurduqdan sonra düşünəcək, çünki hələlik yarışlarda çıxış etmək istəyir, bunun üçün isə 100% diqqət tələb olunur. İstənilən halda, gələcəkdə də avtoidmanla məşğul olacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*