F.Vassyör: Ferrari-də ümumi gedişat dəyişməyəcək

F-1.az xəbər verir ki, Ferrari-nin yeni rəhbəri onun gəlişinin ümumi gedişata təsir etməyəcəyini hesab edir və eyni zamanda bəzi şeylərin dəyişiləcəyinə ümid edir.
Frederik Vassyör: “Mənim səlahiyyətim baxımından heç nə dəyişməyib. Formula1 komandası böyük Ferrari şirkətinin bir hissəsidir, onun icraçı direktoru var – burada hər şey aydındır.
Hətta keçən il Sauber-də mən icraçı direktora hesabat verməli olurdum – bu, həmişə sizin üstünüzdə rəhbər olduqda baş verir və mənim üçün yeni bir şey deyil. Amma indi komandaya rəhbərlik edəndə orada hər şey tam istədiyim kimi olacaq.
Mən əsas məqamları müzakirə etmək üçün hər gün idarəedici direktor Benedetto Vinya və eyni zamanda Con Elkann ilə danışıram. Heç bir fikir ayrılığımız yoxdur. Ferrari-də ümumi gedişat dəyişməyəcək, lakin komandanın effektivliyi dəyişməlidir”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*