F.Alonso: Lance Stroll titul qazana bilər

F-1.az xəbər verir ki, ispan sürücü komandanın mətbuat xidmətinə verdiyi müsahibədə Lənsin titul qazana biləcəyini deyib.

Fernando Alonso: “Ləns Stroll bir gün dünya çempionu ola biləcək gənc və istedadlı yarışçıdır. Mən onu 11 ildir ki, tanıyıram. 2012-ci ildə mən Ferrari üçün sürərkən tanış olduq və o, Scuderia gənclər akademiyasının üzvü idi. Onun atasını uzun illərdir tanıyıram, Lourens mənim yaxşı dostumdur. Bir neçə dəfə onun Kanadadakı evində olmuşam, idmanla məşğul olmuşam və gözəl vaxt keçirmişəm.

Lənsin sürəti və istedadı var. Bunu dəfələrlə sübut edib, xüsusən də nəm traslarda. Onun Türkiyədəki uğurunu və yağışlı havada bəzi digər möhtəşəm çıxışlarını xatırlayıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*