E.Okon Peresi tənqid edib

Force İndia komandasının sürücüsü Esteban Okon Kanada QP-də ona yerini verməyən komanda yoldaşı Peresi sərt tənqid edib.

F-1.az xatırladır ki, fransalı sürücü pit-stopa daha gec getmiş və podium uğrunda mübarizədə üstünlüyə yiyələnmişdi. Lakin 21 yaşlı sürücü komanda yoldaşı Peresin arxasında ilişib qalıb. Bundan sonra komanda meksikalıya – “Peres, Okona yol ver. Əgər Rikkardonu keçə bilməsə, yerini sənə qaytaracaq” – desə də, təcrübəli sürücü qulaq asmayıb. Bunun nəticəsində iki Force İndia sürücüsü də arxadan gələn Fettelin hücumlarına tab gətirə bilməyərək, podium qazana biləcəkləri yarışı 5-ci və 6-cı yerdə bitiriblər.

Xüsusən də, Peresin Okona qarşı etdiyi qəddarcasına müdafiə fransalı sürücünü əsəbləşdirib. Okon radiodan komandasına – “Bunu edə bilməz. Son anda manevr etdi. Bu nə deməkdir!? Bunu edə bilməz. Bu doğru deyil” – deyib.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*