22 Noyabr 2019, Cümə - 08:28

E.Okon fürsət axtarır

E.Okon fürsət axtarır

Müəllif: Rauf Hacıyev, redaktor

18:20 - 04 Mart, 2019

Mercedes komandasının ehtiyat sürücüsü Esteban Okon bu il yarışmaq üçün fürsətlər axtardığını deyib.

F-1.az xatırladır ki, fransalı sürücü son iki ili Force İndia komandasında yarışıb və gözəl performans göstərib. Lakin Force İndia komandasının Lourens Strolla satılmasından sonra Okon komandasız qalıb. Özünə komanda tapa bilməyən gənc sürücü hazırda Mercedes komandasının ehtiyat sürücüsüdür.

Esteban Okon: “Hazırda pozitivəm. Çoxlu çempionluğu olan bir komandada işləyirəm. Bu komanda uzun illərdir məni dəstəkləyir. Məni həmişə dəstəklədilər və hazırda onların heyətindəyəm. Bütün yarışlara gedəcəm və əlimə fürsət düşən kimi bunu ən gözəl formada dəyərləndirəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 331
Teqlər ,
Paylaş

logo