D.Kvyat: “Rusiya çətin olacaq”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, Rusiya yarışı çətin keçəcək.

F-1.az xatırladır ki, rusiyalı sürücü Sinqapur yarışında Rəykkönenlə təmas edərək xalsız qalmışdı.

Daniil Kvyat: “Doğma vətənim Rusiyada yarışdığım üçün xoşbəxtəm. Soçidə azarkeşlərimə görə gözəl atmosfer olur. Uzun düzlüklərdə maraqlı mübarizə gedir. Məncə, həftəsonu maraqlı keçəcək. Builki yarış bizimçün çətin keçəcək. Lakin komandamçün əlimdən gələni edəcəm. Bir neçə gün əvvəl Sinqapurda çətin və uğursuz yarış keçirtdim. Lakin narahat deyiləm və Soçidə bunu kompensə etməyə çalışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*