D.Kvyat: “Orta qrup bir-birinə çox yaxındır”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, orta qrup komandaları arasında fərq çox azdır.

F-1.az xatırladır ki, bu mövsüm Williams, Force İndia, Haas, Toro Rosso və Renault komandaları 4-cü yer uğrunda gərgin mübarizə aparırlar.

Daniil Kvyat: “Mövsümün ilk yarışından etibarən əsas hədəfimiz sıralanma turunda son sessiyaya qalmaq və xallar qazanmaqdır. Bu stabilliyi qorusaq, xal qazanmağa davam edəcəyik. Səhv etmədən həftəni bitirməliyik. Bunun hesabına rəqiblərimizin önündə ola bilərik. Mövsüm başlayandan işlər istədiyimiz kimi getmir. Rəqabətədavamlı bolidimiz olsa da, etibarlılıq problemləri və bəxtimizin gətirməməsi vəziyyətimizi çətinləşdirir. Bütün yarışlarda maksimum həddə sürməliyik. Qüsursuz həftəsonu keçirərək, öz vətənimdəki azarkeşlərə gözəl şou nümayiş etdirmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*