D.Kvyat cəzanı anlamayıb

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat yarışdan sonra cəza ilə razılaşmadığını deyib.

F-1.az xatırladır ki, rusiyalı sürücü Çin yarışının startında iki McLaren sürücüsü ilə toqquşaraq, hər ikisinin də yarışını məhv edib. Hadisəni araşdıran stüardlar 24 yaşlı sürücüyə pitdən keçmək cəzası veriblər.

Daniil Kvyat: “Normal ilk dövrə qəzası idi. Tras xaricindən bir bolid gəldi. Rəqibimə yer qoymuşdum. Amma tras xaricindən gələn maşına görə arada qaldım və zəncirvari qəzaya səbəb oldu. Buna görə də pitdən keçmək cəzasını anlamıram. Bu barədə stüardlarla danışdıq və razılaşmasaq da, bəzi şeyləri anladıq. İclas çox uzun çəkdi. Məncə, sərt qərar verdiklərini anladılar. Bu gün xal qazanardımmı? Bilmirəm. Bu barədə düşünməyin artıq mənası yoxdur. Özümü məyus etmək istəmirəm. Bolidimdə probem var idi və buna görə də mübarizəni dayandırdıq. İndidən ikinci güc qurğusuna keçmişik və mühərriyin ömrünü uzatmaq istədik. Ön qanadım və altlığım çox pis zədələnmişdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*