D.Kvyat: Almaniya xüsusi yarışım idi

Bu il Prema ilə Dünya Dözümlülük yarışlarında yarışmağa hazırlaşan Daniil Kvyat bildirib ki, ən xüsusi yarışı 2019-cu il Almaniya olub.

F-1.az xatırladır ki, rusiyalı sürücü 2014-2020-ci illərdə Formula1-də yarışmışdı.

Daniil Kvyat: “Premaya qatıldığım üçün sevincliyəm, çünki bu əfsanəvi komandadır. Aşağı seriyalarda onlarla çox mübarizə aparmışdıq. İndi isə birlikdə mübarizə aparmaq vaxtıdır.

Formula1-də yaxşı yarışlarım çox olsa da, 2019-cu ilin Almaniya yarışı xüsusi idi. Toro Rosso 11 ildən sonra podiumda idi. Komanda ikinci dəfə podiuma yüksəlmişdi. Bu, xüsusi uğur idi. Damalı bayraqdan sonra bütün komanda əylənirdi”.