D.Kvyat bolidi son həddə sürməyib

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, ən sürətli dövrəsini vurarkən bolidi son həddə sürməyib.

F-1.az xatırladır ki, rusiyalı sürücü Barselonadakı qış testlərinin üçüncü günündə ən sürətli dövrəni vuraraq zirvədə yer alıb.

Daniil Kvyat: “Son həddə sürdüyümü deyə bilmərəm. Çünki divara çırpılmaq istəmərəm. Lakin bu dövrələrdə bolidi hiss etməyə çalışırsınız və yavaş gedə bilmirsiniz. Ona görə də pis deyildi. Bu gün performans cəhətdən tələbimiz yox idi. Sadəcə proqramımıza fokuslandıq. Bizim üçün əsas bacardıqca çox dövrə vurmaq idi.

Əgər boliddə rahat olmadığımı desəm, yalan danışmış olaram. İndiyə qədər hər şey istədiyim kimi işləyir. Hər trasa çıxanda nə edəcəyimi anlaya bilirdim və bu, həmişə yaxşıdır. Buna görə də inkişafa davam etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*