D.Kulthard: Şikayət edənlər idmandan getsin

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, sağlamlığından qorxan sürücülər idmandan gedə bilər.

F-1.az xatırladır ki, bu il dalğalanam probleminə görə əksər sürücülər bolidlərdən narazıdır. Onlar FİA-nın bu işi həll etməsini istəyirlər. Xüsusən də, Həmilton və Rikkardo dalğalanma problemindən çox əziyyət çəkirlər.

Devid Kulthard: “Əgər bir sürücü narahatdırsa və sağlamlığını itirdiyini düşünürsə, idmandan getməlidir. Onların yerini doldurmaq istəyən çox adam var. Bu idmanda heç kim sürücülərə rahatlıq sözü vermir. Əgər boksçu olsanız, birinin sizə yumruq atmasını gözləyirsiniz. Futbolçu olsanız, ayağınıza təpik vuracaqlar.

Sevgilim İsveç Milli Komandasının oyunçusu idi və ayaqlarında izlər var idi, çünki hücumçu olduğu üçün onu zədələyirdilər.

Hazırda bəzi komandalar pis vəziyyətdə olsa da, hər şey yavaş-yavaş düzələcək. Hər şey qaydaları anlamaqdan asılıdır. O vaxtlar Ədrian Nyui də bunu deyərdi. Bu sizə üstünlük gətirər.

Komandam güclü olanda rəqiblərimə qarşı üstünlük qazanırdım. Lakin pis və zəif maşın sürməyin çətinliklərindən də xəbərdaram və onları sürmək məni incidirdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*