Çin-2019: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri növbəti yarış üçün cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, Bəhreyndə həftəsonu ərzində çox güclü görünən Ferrari yarışda ilk iki yeri Mercedes-ə “təhvil versə” də, bukmeykerlər Fettel və ya Leklerin tarixin 1000-ci yarışında qalib gələcəyinə daha çox inanır…

Çin Qran Prisində qələbə (sürücülər)
Şarl Lekler 2.62
Sebastyan Fettel 2.75
Lyuis Həmilton 3.25
Valtteri Bottas 9.00
Maks Ferstappen 17.00
Pyer Qasli 67.00

 

Buna baxmayaraq, Həmilton hələ də titula əsas namizəf hesab edilir. Maraqlıdır ki, Leklerin şansları komanda yoldaşı Fetteldən daha çox dəyərləndirilib. İki yarışdan sonra çempionata liderlik edən Bottas bu siyahıda dördüncüdür…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.80
Şarl Lekler 4.00
Sebastyan Fettel 4.33
Valtteri Bottas 13.00
Maks Ferstappen 23.00

 

Mühəndislər Kuboku üçün proqnozlarda həmişəki kimi, Mercedes yenə də liderdir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.44
Ferrari 2.50
Red Bull 231.00
Haas 751.00
Renault 1001.00
Racing Point, McLaren, Alfa Romeo, Toro Rosso 2001.00
Williams 4001.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*