C.Palmer: Haas indiyə kimi ən güclü sürücü heyətinə malikdir

Sabiq Formula1 sürücüsü Colion Palmer düşünür ki, Haas hazırda tarixinin ən güclü sürücü heyətinə sahibdir.

F-1.az xatırladır ki, Haas bu il Kevin Maqnussen və Niko Hülkenberq cütü ilə yarışacaq. Daha əvvəl iki sürücü ilə də komanda yoldaşı olmuş Palmer düşünür ki, Haas hazırda tarixinin ən yaxşı sürücü heyətinə malikdir: “Bu Haas-ın indiyə kimi ən güclü sürücü heyətidir.

Maqnussen doğrudan da komandanın ayrılmaz hissəsi oldu. Hülkenberq də çox yaxşı seçimdir. Təbii ki, idmandan uzaqda qaldığı illərdən sonra yenidən idmana öyrəşməlidir.

Məncə, bu heyət Hass tarixinin ən yaxşısıdır. Niko yarışlar üçün çox acdır və komandaya tez uyğunlaşdı. Yaşına görə yaxşıdır və tez uyğunlaşır.

Məncə, ikisi də yaxşı uşaqlardır və sürətlidirlər. Buna görə də bir yerdə yaxşı işləməlidirlər. Haas-ın bolidi də yaxşı görünür. Orada müsbət ab-hava var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*