07 Dekabr 2019, Şənbə - 08:32

C.Kinin yeri doldurulmayacaq

C.Kinin yeri doldurulmayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 22 Yanvar, 2019

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, komandadan ayrılaraq McLaren-ə gedən Ceyms Kinin yeri doldurulmayacaq.

F-1.az xatırladır ki, McLaren yayda britaniyalı mütəxəssislə razılaşsa da, Red Bull komandası Kini buraxmamışdı. Lakin uzun danışıqlardan sonra Ceyms Formula1-in ən titullu üçüncü komandasına keçib.

Helmut Marko: “McLaren-lə müqavilə var və Kinin nə vaxt başlayacağı ilə bağlı açıqlama verəcəklər.

Fayentsadakı bazada Milton Kinsdəki qədər işçi yoxdur. Yeni konsept üzrə işləyirik və Ki bundan narazı idi. Buna görə də onsuz davam etməyə qərar verdik. Onun yeri doldurulmayacaq. Red Bull-un yeni konseptinə görə ona ehtiyacımız yoxdur”.

Bəzi iddialara əsasən, Ədrian Nyui həm Red Bull-da, həm də Toro Rosso komandasında texniki direktor ola bilər. Bundan başqa Toro Rosso komandasının 2019-cu il bolidi Red Bull-un 2018-ci il bolidi RB14-ə çox bənzəyə bilər. Belə ki, bəzi xəbərlərə əsasən, Fayentsadakı bazaya 3 yük maşını RB14 detalı aparılıb və Toro Rosso bu detallardan 2019-cu il bolidində istifadə edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 338
Teqlər ,
Paylaş

logo