C.Fizikella: Ferstsappen Şumaxer səviyyəsindədir

Sabiq Formula1 sürücüsü Cankarlo Fizikella düşünür ki, Maks Ferstappen əfsanəvi Mixael Şumaxerlə eyni səviyyədədir.

F-1.az xatırladır ki, Mixael Şumaxer Formula1 karyerası ərzində 91 yarış qələbəsi və 7 dəfə Dünya Çempionu titulu qazanıb. Maks Ferstappen isə 22 yaşı olmasına baxmayaraq, 38 qələbə və iki Dünya Çempionu titulu əldə edib. Niderlandlı keçən il 15 yarış qazanaraq, bir mövsümdə ən çox qalib gələn sürücü statusunu əlinə keçirib. Yeni rekordlar qırması üçün gənc Ferstappenin önündə uzun illər var.

Cankarlo Fizikella: “Şumaxer Ferrari ilə hər şeyi qazananda ona qarşı yarışırdım. Məncə, yarışa nəzarət etməkdə Mixael rəqibsiz idi. Bu günə kimi nömrə 1 olaraq qalıb. Ancaq sürüş istedadından danışsaq, Maks onunla eyni səviyyədədir. Red Bull belə davam etsə, qorxuram ki, Maks idmana uzun illər hegemonluq etsin.

Təzə başlayanda çox qəza edirdi və təcrübəsizliyinə görə səhvləri olurdu. Ancaq indi demək olar ki, səhv etmir. Zəif yönlərini aradan qaldıraraq, performansını stabilləşdirdi. Yağışlı havada, quru havada, sıralanma turunda və yarışda çox güclüdür. Bu yaşda etdiklərini nəzərə alsaq, keçmişin əfsanələrindən belə öndədir

Hazırda onun səviyyəsində ancaq Şarl Lekler var. Maks Ferstappen kimi sürücü idmana 20 ildən bir gəlir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*