C.Əllison: Heyəti qoruyacağıq

Mercedes komandasınım texniki direktoru Ceyms Əllison bildirib ki, Bottas və Həmilton cütünü dəyişməyə ehtiyac yoxdur.

F-1.az xatırladır ki, “gümüşü oxlar” bu mövsüm ilk 3 yarışda mümkün 132 xaldan 121-i toplayıblar. Lyuis Həmilton iki yarış qazandığı halda, Bottas biri qələbə olmaqla hər üç yarışda podiuma yüksəlib.

Ceyms Əllison: “Toto Volff bu suala cavab verib və mən də düşünürəm ki, belə güclü nəticələr qazanan sürücü heyətini dəyişmək lazım deyil. Hər iki sürücü bir-birinə hörmət edir və yaxşı performans göstərirlər. Niyə onlardan birini göndərək? Başqa seçimlərimiz ola bilər, ancaq onların gəlməsi çoxlu təhlükələr yarada bilər. Ancaq son qərarı Toto Volff verəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*