B.Ekklstoun: Andretti soyadı F1-ə lazımdır

F-1.az xəbər verir ki, Formula1-in keçmiş rəhbəti Andretti ailəsinin komanda kimi idmana gəlməsinə münasibətini bildirib.

Berni Ekklstoun: “Andetti adı indi Amerikada getdikcə daha çox yayılan idmana yaxşı təsir göstərəcək. Bir çox komandalar sadəcə olaraq 11-ci komanda ilə milyard dollarlıq tortu bölüşmək məcburiyyətində qalacaqlarından qorxurlar. Amma qanuna görə, yalnız ilk 10 yeri tutan komanda maaş alır. Problem mədədir? İstənilən halda, yeni komanda gəldikdən sonra iki il ərzində heç nə dəyişməyəcək”.

Xatırladaq ki, hazırda sabiq dünya çempionu Mario Andrettinin oğlu Maykl Andretti Autosport layihəsini reallaşdırmağa çalışır, lakin potensial rəqiblər buna qarşıdır. Əsas səbəb yeni komandanın mükafat fondunun yenidən bölüşdürülməsinə təsiridir. Eyni zamanda, Mario Andretti özü də bu yaxınlarda oğlu Maykl ilə birlikdə Formula1-ə düşmək cəhdlərini davam etdirəcəklərini bəyan etmiş, həmçinin çempionatda 11 və ya 12 komandanın mübarizə apara biləcəyi barədə fikir bildirmişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*