Cərimə səbəbindən Alonso yarışın startında yer itirəcək. Nəzərə alsaq ki, o, sıralanma turunu 21-ci yerdə başa vurub, bu cərimə ispaniyalı Aston Martin sürücüsünün mövqeyinə ciddi təsir etməyəcək.
Alonsonun maşınında güc qurğusunun elementləri dəyişdirilib
Bazar günü İtaliya Qran Prisinin startı ərəfəsində Fernando Alonsonun bolidində Aston Martin mexanikləri MGU-K motor-generatorunu, akkumulyatorunu və idarəetmə elektronikası blokunu dəyişiblər. Bununla da mövsüm ərzində icazə verilən dəyişiklik sayı aşılıb.





