A.Markes ilk döngədə qorxub

Gresini komandasının sürücüsü Aleks Markes bildirib ki, İtaliya yarışının ilk dövrəsində az qala qəza edəcəkmiş.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışda elə də ideal start ala bilməyib. O, ilk döngəyə girərkən əylənmədə səhv edib və döngəni geniş alıb. Bundan sonra isə önündəki üç sürücünü (Cek Miller, Luka Marini və Mark Markes) vurmaqdan son anda qaçıb.

Lakin o, daha sonra özünə gəlib və yarışda 3-cü yerə qədər yüksəlib. Buna baxmayaraq, yarışın bitməsinə 9 dövrə qalmış qəza edərək, mübarizəni dayandırıb.

Aleks Markes: “İlk döngədə olanlar doğrudan da qəribə idi. Tez əyləndim, ancaq Luka və Mark qəribə formada yer dəyişdirdilər. Qanadlara görə belə hallarda hava koridoruna düşürsünüz. Həmişəki kimi əylənsəm də, motosiklet çox qabağa getdi. Həmin an öz-özümə nə etməliyəm deyə düşündüm. Amma bir az yer qoydular və onları keçə bildim.

Əyləcə gec basmadım. Buna görə də baş verənlər qəribə idi. Önümdə iki motosiklet varkən asfaltayatma qüvvəsini itirəndə dayanmaq mümkünsüz idi. Düzünü desəm, az qala altımı batırırdım.

Qəzaya qədər ön təkərlərdə problem yaşasam da, qəza vaxtı heç bir problem yox idi. Bəlkə də, trasın o zonasında yaxşı olduğumu düşünərək, çox sürətləndim. Ön təkəri təkcə orada nəzarətdə saxlaya bilirdim. Orada özümə çox güvənirdim. Bir az daxildən girib, ağ xəttə toxundum. Qabara təmas etdiyim üçün ön tərəfi itirdim.

Bu utancverici haldır, çünki podium uğrunda mübarizə aparırdım. Bəlkə də, daha ehtiyatlı olub, beşliyə girmək barədə düşünməli idim. Amma podium hədəfi var idi və mən də bunun üçün əlimdən gələni etdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*