F.Vasseur: “Komanda inkişaf edir”

Sauber komandasının rəhbəri Frederik Vassyör növbəti mövsümlərdə hədəflərinin liderlər qrupunda yarışmaq olduğunu bildirib.

F-1.az xatırladır ki, Sauber komandası keçən il ən çox inkişaf edən kollektiv olub. 2017-ci ildə cəmi 5 xal toplayaraq sonuncu olan İsveçrə təmsilçisi 2018-ci ildə 48 xal toplayaraq 8-ci yeri tutub.

Frederik Vassyör: “Onsuz da zəif idik. Buna görə də şöbələri dəyişərək nəticələri görməli idik. Yaxşı nəticələrimizin səbəbi rəqiblərin problem yaşaması idi. Mən öndəki komandalarla olan fərqlərə əsaslanıram. Zaman nəticələrinə baxıram. Çünki onların resursları güclüdür və onlarla fərqi sabit saxlaya biliriksə, deməli inkişaf edirik. Amma fərq 2017-ci ilə nisbətən bağlanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*