S.Fettel: Önüm açıq olmalı idi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, önü boş olsa, yaxşı xalar qazana bilərdi.

F-1.az xatırladır ki, almaniyalı sürücü finişə 11-ci yerdə çatıb. Lakin o bütün yarış ərzində komanda yoldaşı Strolla mübarizə aparıb və onun gerisində qalıb.

Sebastyan Fettel: “Məncə, pis gün idi. Bütün yarış trafikdə qaldım, amma ortalardan başlasam, hər şey fərqli olardı. Son dövrədə Lənsi keçə bilərdim. Bir az sürətli idim, amma bunu etsəm də komanda üçün heç nə dəyişməyəcəkdi.

Tək ehtiyacım olan şey önümün açıq olması idi, amma buna sahib ola bilmədim. Düzdür, tempimiz qələbəyə imkan verimirdi, amma daha yaxşı nəticə qazana bilərdik. Pitə də deyəsən ən son məni çağırdılar. Buna baxmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*