Rəsmən: Renault Formula1-də qalır

Renault konserni cümə günü xərcləri azaltmaq üçün genişmiqyaslı planını açıqlamışdı - şirkət növbəti 3 il ərzində 2 milyard avrodan çox qənaət etməlidir.

F-1.az bildirir ki, plan ümumi 15000 iş yerinin azaldılmasını, bir sıra fabriklərin bağlanmasını və 2019-cu ildə 4 milyon ədəd olan avtomobil istehsalının 2024-cü ildə 3.3 milyon ədədə endirilməsini nəzərdə tutur. Xərclərin azaldılmasına baxmayaraq, konsernin müvəqqəti rəhbəri Klotilda Delbo Formula1-də zavod komandası kimi çıxışlarını davam etdirəcəklərini bildirib. Büdcə limitinin azaldılması və texniki reqlamentdəki yeniliklər bu qərarda mühüm rol oynayıb.

Klotilda Delbo: “Formula1-də qalacağımızı təsdiqləyirik. Böyük məbləğdə pul xərcləyən rəqiblərimizlə müqayisədə, komandaya az pul ayırmışdıq, lakin indi yeni qaydalar və məhdudiyyətlər var. Buna görə də, qalırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*