R.Razali: Hədəfimiz podiumdur

RNF komandasının rəhbəri Razlan Razali bildirib ki, bu mövsüm podiumlar qazanmaq istəyirlər.

F-1.az xatırladır ki, RNF Aprilia komandası bu il iki yeni sürücü ilə – gənc və istedadlı Raul Fernandes və daha təcrübəli, yarışlar qazanmış Migel Oliveira – yarışacaq.

Razlan Razali: “Yenidən uğurlu olmaq üçün səbirsizlənirik. Aprilia və yeni sürücülərimizlə tezliklə uğur qazanmaq istəyirik. Yenidən rəqabətədavamlı olmaq, beşliyə düşmək və podiuma yüksəlməyi hədəfləyirik”.

,