R.Kubitsa yenidən idmana qayıdacaq?

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Robert Kubitsa idmana qayıda bilər.

F-1.az xatırladır ki, polşalı sürücü 9 illik fasilədən sonra keçən mövsüm Williams-la idmana qayıtsa da, sıralanma turunda komanda yoldaşı Corc Rasselə 21:0 uduzmuşdu. 35 yaşlı pilot bu il Alfa Romeo komandasının test pilotluğu ilə yanaşı BMW ilə DTM-də də çıxış edəcək.

Kubitsa mövsümöncəsi testlərdə özünü yaxşı tərəfdən göstərib və bu il bəzi sərbəst yürüşlərdə Antonio Covinatsinin əvəzinə trasa çıxacaq.

Frederik Vassyör: “Hazırda Robert əvvəlki illərə nisbətən daha yaxşı vəziyyətdədir. Keçən il onunçün çətin idi. Corc mənimlə daha əvvəl işləyib və onun potensialına bələdəm. Robert üçün çox çətin idi. Ancaq indi bizdəki və DTM-dəki performansından asılı olaraq, idmana qayıda bilər.

Onunla müqaviləmiz birillikdir. Mövsümöncəsi testlərdən başqa sərbəst yürüşlərdə də çıxış edəcək. Ona fürsət verməliyik. Mühəndislər ondan razıdırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*