Mercedes AMG-də növbəti böhran

Almaniyanın Bild qəzetinin bildirdiyinə görə, Mercedes AMG komandasının rəhbərliyində növbəti böhran baş verib. Formula1-in komandalarından birinin keçmiş başçısı ilə açıq […]

Almaniyanın Bild qəzetinin bildirdiyinə görə, Mercedes AMG komandasının rəhbərliyində növbəti böhran baş verib.

Formula1-in komandalarından birinin keçmiş başçısı ilə açıq telefon danışığında Mercedes Motorsport-un başçısı Toto Volff Daimler AG konserninin direktorlar şurasının sədri Diter Tsetşe və komandanın başçısı Ross Braunun “qeybətini” edərək onlar haqqında xoşagəlməz sözlər işlədib.

Volffun xəbəri olmadan danışıq qeydə alınıb. Danışıqda Mercedes AMG-dəki vəziyyətə qiymət verməklə yanaşı Volff həm də komandanın qeyri-icraçı direktoru Niki Lauda ilə mürəkkəb münasibətlərdən də söz açıb.

Hələlik tərəflər vəziyyəti şərh etməyiblər, amma şayiələrə görə, söhbət hələ fevral-mart aylarında Volffla keçmiş HRT komandasının başçısı Kolin Kolles arasında danışıqdan gedir – telefon yazısı Kolindədir, sonra o Volffdan müəyyən məbləğ ödəməsini tələb edib ki, lent yazısı ictimaiyyətə çatdırılmasın…

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*