L.Həmilton: “Startda yumşaq davrandım”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, startda komanda yoldaşı Bottasa qarşı çox yumşaq davranıb.

 

F-1.az xatırladır ki, britaniyalı sürücü Azərbaycan yarışının startında Bottasla yan-yana gəlsə də, onu keçə bilməyib.

Lyuis Həmilton: “Bu yarışda güclü olacağımızı gözləmirdik. Mənim üçün çətin idi. Komanda üçün mükəmməl nəticədir. Valtteri həftəsonu ərzində güclü idi və qələbəyə layiq olduğunu göstərdi. Mən öz standartlarımdan zəif performans göstərdim. Bunun üzərində işləməliyəm. Bu yarışdan həzz almıram və çətinlik çəkirəm. Çətinlik çəkdiyim və sevdiyim yarışlar var. Onlar barədə danişmayacağam. Yarışın sonlarında sürətlənsəm də, gec idi. Sıralanma turunda yaxşı iş görmədim. Amma o, əla işlədi. İlk döngədə ona yaxınlaşsam da, orada qələbəni ona hədiyyə etdim. Səhv etmədi və əla sürdü”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*