L.Həmilton küləkdən narazıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, boliddən razıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərində 1-ci yeri tutub.

Lyuis Həmilton: “Gözəl gün idi. Bütün işləri tez gördük. Hava küləkli idi. Bütün sürücülər küləyə görə problem yaşadılar. Külək eyni yöndə əsmirdi. Əksər sürücülər tras xaricinə çıxdı. Belə olanda sazlanma tapmaq da çətin olur. Məncə, sıralanma turunda 3 böyük komanda bir-birilərinə yaxın olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*