L.Həmilton azərbaycanlı fanatlardan razıdır

Mercedes komandasının sürücüsü Lyuis həmilton bildirib ki, Bakıdakı sıralanma turunda əlindən gələni edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Azərbaycandakı sıralanma turunda ikinci olub və 2 yarışdan sonra komanda yoldaşı Valtteri Bottası qabaqlayıb.

Lyuis Həmilton: “Burada mükəmməl fanatlar var. Sessiyada nəticələr çox yaxın idi və əlimizdən gələnin ən yaxşısını etdik. Rəqibimi 0.1 saniyə qabaqlasam da, son sektorda etdiyim səhvə görə vaxt itirdim. Amma Sebastyan daha yaxşı iş gördü. Onsuz da həftəsonu ərzində sürətli idilər. Dünənən nisbətən güclüyük və xoşbəxtəm. Bottas da əla işlədi və komanda olaraq yaxşı nəticə aldıq. Xüsusən də, düzlükdə küləyə görə bolidi saxlmaq çətin idi. Külək balansı pozurdu. Bütün bunlara baxmayaraq, tras mükəmməldir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*