18 Oktyabr 2019, Cümə - 22:40

K.Kobayaşi 2014-cü ildə qayıtmağa ümid edir

K.Kobayaşi 2014-cü ildə qayıtmağa ümid edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:34 - 18 Dekabr, 2012

Sauber-də işsiz qalan Kamui Kobayaşi başqa komandada özü yer tapmaq ümidində idi – Yaponiyada azarkeşlər vəsait toplamağa başlamışdılar, amma yaxşı […]

Sauber-də işsiz qalan Kamui Kobayaşi başqa komandada özü yer tapmaq ümidində idi – Yaponiyada azarkeşlər vəsait toplamağa başlamışdılar, amma yaxşı variant tapmaq mümkün olmayıb. Öz saytında yaponiyalı sürücü azarkeşlərinə dəstəklərinə görə təşəkkür edib və 2014-cü ildə çempionata qayıtmaq ümidində olduğunu səsləndirib…

Kamui Kobayaşi: “Dəstəyinizə görə təşəkkür edirəm. Mən sizin bu hərəkətinizi çox yüksək qiymətləndiririəm. Azarkeşlər arasında vəsaitin toplanması kampaniyası Yaponiyada böyük diqqətə səbəb olub, hətta bəzi şirkətlər məni dəstəkləyiblər. Nəticədə çox qısa zamanda səkkiz milyonluq büdcə toplaya bildim.

Təəssüf ki, gələn mövsümə rəqabətədavamlı komandalarda yer qalmayıb. Etiraf etməliyəm ki, çox məyus oldum, amma əvvəlki kimi əminəm ki, 2014-cü ildə qayıda biləcəm.

İndi mən vəsait toplanmasını dayandırmaq istəyirəm və bu pulları 2014-cü il mövsümünə saxlayıram. Mən rəqabətədavamlı komanda axtarıram.

Mənim başqa seriyalarda çıxış etməyə heç bir marağım yoxdur. Hər hansı bir qərarı birinci növbədə azarkeşlərimlə bölüşəcəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 376
Teqlər ,
Paylaş

logo