Force İndia Rasseli transfer edir?

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, Corc Rassellə işləmək istəyirlər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Braziliyada birinci sərbəst yürüşlərdə Force İndia-nın sükanı arxasına keçmişdi.

Bob Förnli: “Corc bizimlə gözəl sessiya keçirdi və onun gördüyü işlər təsiredici idi. Sözün açığı, onun ehtiyat sürücü olmağı bizi xoşbəxt edərdi. Bu barədə Mercedes-lə danışacağıq. Bu? Rasselin yüksək səviyyədə hazırlaşması üçün gözəl olacaq. Eyni halı Esteban ilə də yaşadıq və indi bunun nə qədər gözəl nəticələr verdiyini görürük. Ümid edirəm ki, Mercedes-lə razılığa gələrik və Corcu komandaya gətirərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*