FİA-nın nəticələri Red Bull-u təüccübləndirib

Federasiyanın qiymətləndirməsinə görə, hazırda Formula 1-də ən yaxşı daxiliyanma mühərriki məhz Red Bull-a məxsusdur.

F-1.az xəbər verir ki, Monako Qran Prisi günlərində beş güc qurğusu təchizatçısı – Mercedes, Ferrari, Red Bull, Audi və Honda federasiyadan ADUO proqramı çərçivəsində mühərriklərin effektivliyinin ilkin qiymətləndirilməsini əks etdirən bir səhifəlik sənəd alıblar. Etalon göstəricidən geri qalan istehsalçılar fərqi azaltmaq üçün əlavə investisiya və yeniləmə hüququ əldə edirlər.

FIA-nın ilkin məlumatlarına görə, ən yaxşı daxiliyanma mühərriki Red Bull-a məxsusdur. Bu barədə yarışdan sonra Lyuis Həmilton da danışmışdı. Mercedes mühərriki Red Bull-dan 2%-dən çox geri qalır və buna görə də bu il bir, 2027-ci ildə isə daha bir yeniləmə hüququ qazanacaq.

Ferrari, Audi və Honda mühərrikləri etalon göstəricidən 4% və daha çox geri qalır. Buna görə də həmin istehsalçılar həm bu mövsüm, həm də gələn mövsüm iki yeniləmə tətbiq edə biləcəklər.

ADUO proqramı çərçivəsində yalnız daxiliyanma mühərrikinin effektivliyi qiymətləndirilir. Halbuki güc qurğusunun ümumi gücünün təxminən yarısını elektrik hissəsi təmin edir, lakin bu göstəricilər qiymətləndirməyə daxil edilmir. Bununla belə, yeniləmə hüququ əldə edən istehsalçılar təkcə daxiliyanma mühərrikini deyil, ERS sistemi kimi digər komponentləri də təkmilləşdirə biləcəklər.

Niderlandın De Telegraaf nəşrinin məlumatına görə, Red Bull Racing FIA-nın nəticələrindən son dərəcə narazıdır. Bu mövsüm ilk dəfə güc qurğusu istehsalçısı kimi çıxış edən şirkət üçün etalon statusu hazırda mühərriki təkmilləşdirmək imkanının olmaması deməkdir. Bu isə ilk altı Qran Prinin nəticələrinə əsasən ən güclü güc qurğusuna Mercedes-in sahib olduğu və onun pilotlarının mövsümün bütün yarışlarında qalib gəldiyi bir vaxtda baş verir.

Red Bull yaxın vaxtlarda FIA-dan qiymətləndirmə metodikası və nəticələri ilə bağlı əlavə izahat almağa ümid edir. Məqalənin dərc olunduğu anda Milton-Kinsdən rəsmi açıqlama verilməyib. FİA da hələlik bu məsələ ilə bağlı rəsmi sənəd yayımlamayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*