Maks Ferstappen: “Mən bu qaydalar barədə fikrimi çoxdan bildirmişəm, amma əvvəlcə hamı deyirdi: “O, daim hər şeydən narazıdır, ona daha yaxşı olar ki, sussun”, son yarışlarda isə getdikcə daha çox insan o vaxt mənim gördüyümü görür.
Məsələ ondadır ki, mən artıq qalib gəlmədiyim üçün deyil. Sadəcə, mən bu idmana laqeyd deyiləm və həmişə düşündüyümü deyirəm. İnsanlar mənə suallar verməyə davam edir, mən də cavab verməyə davam edirəm. Bu həmişə müsbət qarşılanmır, amma mən sadəcə düşündüyümü deyirəm.
Bəzən cavab eşidirəm: “Amma yarış əla alındı”. Və mən cavab verirəm: “Bəli, amma bunun real yarışlarla heç bir əlaqəsi yoxdur”. Bir müddət sonra mən sadəcə eyni şeyi təkrar-təkrar deməkdən yoruldum”.





