F.Alonso: Kiçik problemlər var

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, boliddə bəzi problemlər var.

F-1.az xatırladır ki, Bəhreyndəki testlərin ilk günündə nahardan sonra sükan arxasına keçən Fernando Alonso sadəcə 24 dövrə vura bilib.

Fernando Alonso: “Bəhreyndə yenidən sükan arxasına keçmək gözəl oldu. Səhər hər şey Esteban üçün əla getdi, amma nahardan sonra xırda problemlə qarşılaşdıq. Buna görə də istədiyimiz qədər dövrə vura bilmədik. Buna baxmayaraq, isti havada bolidin davranışlarını öyrəndik və fərqli sazlanmalar etdik. Bu gün öyrəndiklərimizi sabah və şənbə günü tətbiq edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*