E.Okon yuxusuz qalıb

Esteban Okon Formula1-ə qayıtmaq üçün yuxusuz qalıb.

F-1.az xatırladır ki, fransalı sürücü Force İndia komandasında iki il keçirdikdən sonra bu il komandasız qalmışdı. Lakin bu il Mercedes-in simulyatorunda vaxt keçirən Okon gələn ildən Renault ilə idmana qayıdacaq.

Esteban Okon: “Mövsümün əvvəlində unudulmaqdan qorxurdum. Lakin bütün yarışlara getdim və bu, mənə kömək elədi. İnsanlara yarışmaq istədiyimi göstərdim. Gecələr yatmadım və həftəsonları simulyatorda işlədim. Komanda rəhbərliyi bu hərəkətimi bəyəndi. İdmana qayıtdım və xoşbəxtəm

Renault-ya yeni nəfəs gətirirəm və komandaya çox şey verə bilərəm. Öndəki komandalara çatmaq üçün hər şey edəcəyik. Simulyatorlar güclü olsa da, trasla eyni deyil. Testlər hesabına Melburn yarışına qədər hazır olacam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*