Dakar-2024: De Mevyus marafona qələbə ilə başladı

Ardıcıl 5-ci dəfə Səudiyyə Ərəbistanında keçirilən Dakar marafonunun ilk mərhələsi arxada qalıb.

F-1.az xəbər verir ki, bu gün iştirakçılar əl Uladan əl Henakiyaya yollanıblar. Onlar 541 km-lik məsafənin 414 km-də sürətli sahədə mübarizə aparıblar.

Motosikletlərin yarışında botsvanalı Ross Branç (Hero), maşınların yarışında belçikalı Giyom de Mevyus (Overdrive), yüngül maşınların yarışında polşalı Erik Qoçal (Energylandia), baqqilərdə braziliyalı Rodriqo Varel (BBR), yük maşınlarında niderlandlı Yanus van Kastern (Team de Rooy) və kvadrosikletlərdə braziliyalı Marselo Medeyros (Taguatur) ilk mərhələni öndə başa vurdublar.

Aydındır ki, ilk mərhələdən sonra ümumi sıralamada da eyni sürücülər protokollara başçılıq edirlər.

Ən maraqlı mübarizə yüngül maşınların finişində qeydə alınıb: keçən il son mərhələdə titulu qazanan Erik Qoçal finişdə ikinci olan əmisi Mixal Qoçalı 19 saniyə üstələyib. Bu sinifdə podiumun son pilləsini isə Erikin atası Marek Qoçal tutub. Yəni bütün podium bir ailənin aktivinə yazılıb.

Sabah iştirakçılar ikinci mərhələyə yollanacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*