C.Əllison: Əla gün keçirdik

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, testlərin dördüncü günündə vacib məlumatlar toplayıblar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” testlərin dördüncü günündə 179 dövrə vurublar. Lakin günün sonunda həm Həmilton, həm də Bottas küləkdən şikayətləniblər və bildiriblər ki, istədiklərii kimi işləyə bilməyiblər.

Ancaq komandanın texniki direktoru Ceyms Əllison bu fikirlərlə razı deyil: “Həm səhər, həm də nahardan sonra əla gün keçirdik. Səhər Lyuis ilə prototip təkərləri test etdik və Bottasla sazlanmalarda dəyişiklik etdik. Keləkdə də bolidin necə işlədiyini gördük. Testlərin son günündə performans üzərində işləyəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*