Bakıda 14 sürücü yeni güc qurğusuna keçib

Azərbaycan Qran Prisindən əvvəl 14 sürücü yeni güc qurğusuna keçib.

F-1.az bildirir ki, Mercedes, McLaren, Aston Martin, Alfa Romeo, Ferrari, Haas və Williams sürücüləri bu həftəsonu yeni daxiliyanma mühərriyinə, turboya və MGU-H generatoruna keçiblər. Bundan başqa Mercedes, McLaren, Aston Martin, Williams və Ferrari komandasının sürücüləri yeni MGU-K generatoruna keçiblər.

İdarəetmə panelini dəyişən tək sürücü isə Haas komandasından Nikita Mazepindir. Bundan başqa 20 sürücüdən 16-ı yeni qazburaxma sisteminə keçiblər. Yada salaq ki, bu il qazburaxma sistemlərinə də məhdudiyyət gəlib. Yeni reqlamentə əsasən komandalar il ərzində 8 qazburaxma sistemi dəyişə bilərlər.

Bu sürücülər mövsümə başladıqları güc qurğusu ilə yarışırdılar və hamısı Bakıda ikinci qurğuya keçiblər.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*