Antonelli: Hazırda hər şey gözlədiyimizdən daha yaxşı gedir

Mövsümün ilk yarısına yekun vurarkən, çempionatın gənc lideri Kimi Antonelli hər şeyin necə formalaşmasından məmnun qalıb…

Kimi Antonelli: Mövsümün başlanğıcı pis olmadı. Əlbəttə, nəzər yetirilməli məqamlar var, həmişə inkişaf etdirilə biləcək tərəflər olur. Bu həftəsonunu yaxşı yekunlaşdırmaq vacibdir ki, yaxşı əhval-ruhiyyə ilə yay fasiləsinə gedək, amma hesab edirəm ki, qoyulmuş vəzifənin icrası baxımından komandamızla əla iş gördük.

Hazırda hər şey yaxşı gedir, gözlədiyimizdən daha yaxşıdır. Eyni ruhda davam etmək, səviyyəni davamlı olaraq yüksəltmək lazımdır. Bu həftəsonunu, yay fasiləsini və sonra mövsümün ikinci yarısını səbirsizliklə gözləyirəm.

Rəqabət davam edir. Heç kəsi gözardı etmək olmaz. Belə mövsümdə hər şey ola bilər. Sakitləşmək olmaz!

Həmişə formda olmaq, konsentrasiyanı, qərarlılığı və əzmkarlığı qorumaq, hər fürsətdən maksimum istifadə etmək lazımdır. Keçmiş yarışlarda bəzən vəziyyətin necə qəfil dəyişdiyini görmüşük. Heç vaxt nə olacağını bilmirsən.

Mənə gəldikdə, özümə fokuslanmağa çalışıram, əlimdən gələn hər şeyi edirəm, sonra ilin sonunda nə olacağını görərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*