ABŞ Qran Prisi: M.Markesdən inamlı qələbə

Honda-nın ispaniyalı sürücüsü Mark Markes Ostində ardıcıl dördüncü qələbəsini qazanıb. Mövsümdə isə ikinci ardıcıl qələbəsinə sevinən Mark dünya çempionatındakı liderliyini möhkəmləndirib...

F-1.az bildirir ki, Mark Markes pouldan start alıb və birinci döngədə liderliyini bir neçə saniyəliyinə son dünya çempionu Xorxe Lorensoya uduzub. Amma Yamaha-nın sürücüsü əyləci gec basdığı üçün döngəyə geniş trayektoriya ilə girməli olub və öz həmyerlisini irəli buraxıb.

Bundan sonra Markes liderliyi finişə qədər heç kimə verməyib. Yarışın əvvəlində Ducati-nin sürücüsü Andrea Dovitsiozo liderə çatmağa cəhd etsə də, Markın tempində çox qala bilməyib.

Əvvəlcə onu Lorenzo keçib, sonra isə sürücü özü mübarizədən kənar qalıb – ardıcıl ikinci yarışda Andreanı trasdan çıxardıblar. Amma Argentinada Dovini komanda yoldaşı Andrea Yannone son döngədə podiumdan məhrum etmişdisə, bu dəfə onun qənimi Dani Pedrosa olub.

Bir qədər əvvəl isə Valentino Rossi yıxılıb – Doktor 2014-cü ilin Araqon yarışından sonra birinci dəfə yıxılıb.

Bu insidentlərdən sonra ilk üçlükdə stabillik bərqərar olub. Finişdə Markesin üstünlüyü 6 saniyə olub. Podiumun son pilləsinə isə Yannone qalxıb – sürücü mövsümdə ilk dəfə damalı bayarq görüb.

Markes karyerasında 26-cı qələbəsini bayram edib və dünya çempionatında ikinciliyə yüksəlmiş Lorensonu artıq 21 xal üstələyir. Rossi hələlik üçüncüdür.

Çempionatın növbəti mərhələsi iki həftə sonra İspaniyanın Xeres trasında baş tutacaq…

Yer Sürücü Komanda Motosiklet Zaman/Fərq Dövrə
1 Испания Mark Markes Repsol Honda Team Honda RC213V 0:43:57.945 21
2 Испания Xorxe Lorenso Movistar Yamaha MotoGP Yamaha YZR-M1 + 0:06.107 21
3 Италия Andrea Yannone Ducati Team Ducati Desmosedici GP16 + 0:10.947 21
4 Испания Maverik Vinyales Team Suzuki ECSTAR Suzuki GSX-RR + 0:18.422 21
5 Испания Aleş Esparqaro Team Suzuki ECSTAR Suzuki GSX-RR + 0:20.711 21
6 Соединенное Королевство Skott Reddinq Octo Pramac Yakhnich Ducati Desmosedici GP15 + 0:28.961 21
7 Испания Pol Esparqaro Monster Yamaha Tech 3 Yamaha YZR-M1 + 0:32.112 21
8 Италия Mikele Pirro Octo Pramac Yakhnich Ducati Desmosedici GP15 + 0:32.757 21
9 Испания Hektor Barbera Avintia Racing Ducati Desmosedici GP14 + 0:34.592 21
10 Германия Ştefan Bradl Aprilia Racing Team Gresini Aprilia RS-GP + 0:40.211 21
11 Испания Alvaro Bautista Aprilia Racing Team Gresini Aprilia RS-GP + 0:45.423 21
12 Ирландия Yucin Laverti Aspar Team MotoGP Ducati Desmosedici GP14 + 0:47.127 21
13 Испания Esteve Rabat Estrella Galicia 0,0 Marc VDS Honda RC213V + 0:47.426 21
14 Колумбия Yonni Hernandes Aspar Team MotoGP Ducati Desmosedici GP14 + 0:51.190 21
15 Франция Loris BAz Avintia Racing Ducati Desmosedici GP14 + 1:12.929 21
16 Соединенное Королевство Kel Kratçlou LCR Honda Honda RC213V + 1:19.252 21
17 Соединенное Королевство Brədli Smit Monster Yamaha Tech 3 Yamaha YZR-M1 + 1:28.036 21
 Dani Pedrosa Repsol Honda Team Honda RC213V Qəza 11
 Andrea Dovitsiozo Ducati Team Ducati Desmosedici GP16 Qəza 6
 Valentino Rossi Movistar Yamaha MotoGP Yamaha YZR-M1 Qəza 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*