Z.Braun: On trasda 14-15 yarış keçirəcəyik

F-1.az bildirir ki, McLaren Group-un rəhbəri Zek Braun mövsümün Şpilberqdə başlaması və gözlənilən risklər barədə danışıb.

Zek Braun: “Belə görünür ki, bu il 10 müxtəlif trasda ümumi 14-15 yarış keçirəcəyik. Həmin dövrdə virus yenidən baş qaldırsa, geri addım atmaq lazım olacaq. Bizim idmanımızdakı əsas problem odur ki, müxtəlif ölkələrə səyahət etməli oluruq – bu, daima risklidir. Belə bir vəziyyətdə mümkün qədər az ölkəyə getmək və eyni yerdə daha çox yarış keçirmək fikri məntiqlidir.

Ən azından, Avstriya və Britaniya üçün hazırki plan belədir. Şpilberq sanki xüsusi olaraq bunun üçün yaradılıb. Trasın yaxınlığında mülki uçuşların olmadığı, böyük şəhərlərdən uzaq kiçik hərbi hava limanı var. Avstriyada hər şey qaydasında getsə, bu, bütün dünya üçün müsbət siqnal olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*